Egey dənizində gün ərzində növbəti zəlzələ baş verib. Evbeya adasında qeydə alınan yeraltı təkanların gücü 4.4 bal olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ Bakı vaxtı ilə saat 09:56-da qeydə alınıb və Türkiyənin Çanakkale vilayətinin Ayvacık rayonundan 250 km məsafədə baş verib.
Zəlzələ ocağı 7 km dərinlikdə yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə