Azərbaycanda daha 68 nəqliyyat vasitəsi özəlləşdirilib

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 7 lot üzrə 68 nəqliyyat vasitəsi satılıb. SİA bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərraca çıxarılan avtomobillərə ümumilikdə 51 sifariş qəbul edilib. Bunlardan 12-si onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 18 200 manat olan “Otoyol E-2714S” markalı avtobus 20 000 manata, 3 600 manat olan “Renault Dokker” markalı avtomobil isə 8 344 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://shorturl.at/Q2ItN linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 20 və 27 mayda olacaq. Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə