"İvanovka Aqropark" 12 milyon manatdan çox kapitalla qeydiyyata alınıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "İvanovka Aqropark" ASC-ni dövlət qeydiyyatına alıb. SİA Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, yeni aqropark İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 12 233 650 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 885 manat olan 6 490 ədəd səhm əsasında formalaşıb. Aqroparkın qanuni təmsilçisi müəyyən edilməyib.
Xatırladaq ki, bu ilin fevral ayında İvanovkada fəaliyyət göstərən Nikitin adına kolxoz adını və təşkilati-hüquqi formasını dəyişərək "İvanovka Aqropark"a çevrildiyini elan edib. Həmin kolxoz Kalinin adına kolxoz kimi 1936-cı ildə yaradılıb. 1953-cü ildən 1994-cü ilə kimi kolxoza Nikolay Vasilyeviç Nikitin rəhbərlik edib. Müəssisə ölkədə yeganə kolxoz olub.
Bütün xəbərlər Facebook səhifəmizdə