"Çox adam düşünür ki, biznes qurmaq üçün mütləq şəkildə pul lazımdır və özüm öz biznesimi yavaş-yavaş böyüdərəm". Bu sözləri SİA -ya açıqlamasında biznes üzrə ekspert Elvin Dadaşsoy deyib.
Onun sözlərinə görə, biznesi qurmaq üçün ən önəmli məsələ, həmin biznes barəsində olan ətraflı bilgilər və əlaqələr, komanda qurmaq bacarığı, maliyyəni yönətmə bacarığı, brendləşdirmə bacarığı, həmçinin vizyonun olmasıdır: "Yəni bir insan bu kimi xüsusiyyətlərə sahibdirsə, pulu olan başqa bir insanla birləşə bilər, onunla ortaq olub biznesini böyüdə bilər.
Bunun üçün nə lazımdır?
Bunun üçün ilkin növbədə həmin biznesdə yaxşı bir təcrübə toplamaq lazımdır. təcrübənin iki yolu var. İlk növbədə sərmaye və səhvlərinlə yola çıxmaqdır. İkincisi isə başqa bir biznes sahəsində işləyərək ordakı səhvlərdən dərs çıxarmaq üsulu ilə keçərlidir. Başqa bir biznes sahəsində işləməyə başlayıb, yavaş-yavaş həmin biznesin rəhbərliyinə keçib bütün sirləri öyrəndikdən sonra artıq bir investor taparaq və onun pulunu cəlb edərək bir yerdə yeni bir biznes qurmaq mümkündür. Sərmayesiz biznes o demək deyil ki, orada heç bir pul xərclənmir. Sadəcə biznesi quran çəxsin pulu xərclənmir. Burada başqa yerdən yaxud da bankdan pul götürərək qurduğu bizneslə bankın kreditini bağlaya bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə