Azərbaycanda dövlət xətti ilə aqrar sığorta ödənişi 15 milyon manata çatıb
Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan indiyə qədər zərər çəkmiş sığortalı fermer və təsərrüfatlara ümumilikdə 15 milyon manata yaxın sığorta ödənişi edib. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modeli əsasında yaradılıb. Aqrar sığorta mexanizminin əsas xüsusiyyəti sığorta haqqına 50%-lik dövlət dəstəyinin verilməsidir. Sığorta haqlarının yarısının dövlət tərəfindən qarşılanması sayəsində fermerlər cüzi ödənişlə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər. Aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatları sığortalanır.
Bütün xəbərlər Facebook səhifəmizdə