Naxçıvanda yeni meyvə bağları salanlar bu ildən birdəfəlik ödəniş alacaq

Bu ildən Naxçıvan Muxtar Respublikasında yeni salınan meyvə bağlarına görə birdəfəlik ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) nümayəndəsi Rəşad Fəttahov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

"Fermerlər bu ödənişi almaq üçün sahədəki ting sayı və tinglərin sertifikatlaşdırılmış olması ilə bağlı tələblərə əməl etməlidirlər. Bundan başqa, bağlar müəyyən hündürlükdən yuxarı və aşağı olmamalıdır. Minimal hektar tələbi var. Məsələn, alma bağı azı 2 hektarda salınmalıdır. Bu tələbləri ödəyən femerlər alma bağının hər hektarını görə 11 min manat birdəfəlik ödəniş alacaq", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə