AKİA taxıl əkini sahələrinə görə builki subsidiya ödənişini açıqlayıb
Bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir suvarma sistemləri ilə təmin edilmiş və edilməmiş taxıl əkini sahələrinə görə müvafiq olaraq 400 manat və 140 manat subsidiya ödənilib. SİA xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) nümayəndəsi Rəşad Fəttahov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
"Digər ərazilər üzrə müasir suvarma sistemi ilə təmin edilmiş və edilməmiş taxıl əkini sahələrinə görə müvafiq olaraq 290 manat və 230 manat subsidiya ödənilib. Bu ödənişlər hələ də davam edir",- deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə