Azərbaycan bitkiçilik məhsullarının Rusiyaya ixracına dair elektron sertifikatlaşmanı başa çatdırıb
Azərbaycanın bitkiçilik məhsullarının Rusiyaya ixracı ilə bağlı elektron sertifikatlaşma işləri başa çatıb. SİA xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
"Fitosanitariya sahəsində iki ölkənin sistemləri inteqrasiya edilib. Hazırda biz heyvandarlıq məhsullarının ixracı ilə bağlı işləri inkişaf etdirməyə çalışırıq", - deyə o qeyd edib.
AQTA rəsmisi əlavə edib ki, Azərbaycanın quşçuluq məhsullarının ərəb ölkələrinə, eyni zamanda ABŞ-yə ixracı ilə bağlı da işlər görülməkdədir: "Heyvan mənşəli məhsulların ixracı ilə bağlı çox vacib şərtlərdən biri də ölkədə xəstəliklərdən azad zonaların yaradılmasıdır. Bununla bağlı da müəyyən nailiyyətlər əldə etmişik. Artıq Azərbaycan xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə statusu alıb".
Bütün xəbərlər Facebook səhifəmizdə