Azərbaycan Mərkəzi Bankı (AMB) aqrar sektorun kreditləşməsini təşviq etmək üçün dəstəkverici tədbirlər görməyi nəzərdə tutur. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
"AMB öz çərçivəsinə ilk dəfə kənd təsərrüfatı kreditləri gətirib. Bu zaman kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin kreditləşməsi, məhz Kənd Təsərrüfatı Nazirliyinin Elekron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş şəxslərə kredit verilməsi önəm kəsb edir. Bu seqmentin kreditlərə əlçatanlığının artırılması, bankları bu sahənin kreditləşməsinə təşviq etmək üçün öz çərçivəmizdə həm ehtiyatlar baxımından, həm də kapitallaşma baxımından müəyyən dəstəkverici təşviqlər nəzərdə tutmuşuq. Təbii ki, bu, özündə riskləri idarəetmə baxımından bankların kredit siyasətində, strategiyasında və qaydalarında müvafiq potensialın artırılmasını nəzərdə tutmalıdır", - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə