“BP-Azərbaycan” şirkəti Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağında yeni platforma inşa etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.
"Bu, tamamilə yeni kompressor platforması olacaq və "Şahdəniz" yatağının bəzi laylarından aşağı təzyiqli qazın Səngəçal terminalına çatdırılması üçün nəzərdə tutulub", - T.Bayatlı qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə