AMB inflyasiya proqnozlarını yeniləyib

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlara görə, illik inflyasiyanın 2025-ci ildə 5,5 %, 2026-cı ildə isə 3,8 % ətrafında olacağı gözlənilir. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

"Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl AMB bu il üçün 5,8 % illik inflyasiya proqnozlaşdırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə