Altı ayda 4960 ton bitki və heyvan mənşəli yağlar ixrac edilib

Yanvar-iyun aylarında 4960 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.

SİA-nın əldə etdiyi məlumata görə, ixrac edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 9,3 milyon dollar olub.

Xatırladaq ki, 2022-ci ilin yanvar-iyun aylarında dəyəri 16 milyon dollar olmaqla, 9017 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə