"Avropaya qaz ixracını iki dəfə artıracaq" - NAZİR

"Avropaya təbii qaz ixracımızı daha da artıracağıq”. SİA xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, sadə məsələ deyil: “Biz artıq tərəfdaşlarımızla işləməyə başlamışıq”.

Nazir deyib ki, Azərbaycan 2027-ci ildən Avropaya qaz ixracını iki dəfə artıracaq: “Bu ilin yanvarından bu istiqamətdə tərəfdaşlarla işləməyə başlamışıq”. P.Şahbazov qeyd edib ki, Zəngəzur dəhlizi həm nəqliyyat, həm də enerji dəhlizi olacaq: “Enerjinin bu dəhliz vasitəsi ilə Naxçıvana, Naxçıvandan Türkiyəyə və Avropaya enerji ixrac etməyi planlaşdırırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə