Xalq artistinin doğum günü Suraxanıda qeyd olunacaq

Azərbaycanın korifey sənətkarı, xalq artisti, Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə tədbir keçiriləcək. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir 19 aprel saat 14:00-da Suraxanı rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.

Yubileydə əməkdar artistlər Ayan Mirqasımova, Nailə Mirməmmədli, əməkdar incəsənət xadimləri Aydın Kazımzadə, Rafiq Sadıxov, tanınmış aktyorlar Qorxmaz Əlili, Qasım Səfəroğlu, N.Zeynalovanın nəvəsi Nəsibə Əsgərova və başqaları iştirak edəcək.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə