Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forum öz işinə başlayıb. SİA xəbər verir ki, forumda İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.
Qeyd edək ki, bu gün türkman təşkilatları İlaxır çərşənbəni Bakıda keçirəcək Novruz şənliklərinə qatılacaq.
Xatırladaq ki, heyət 5 gündür ki, Azərbaycandadır. Onlar azad edilən ərazilərə - Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə