“Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu başlayıb

18 Mart 2025 10:04 (UTC+04:00)

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forum öz işinə başlayıb. SİA xəbər verir ki, forumda İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.

Qeyd edək ki, bu gün türkman təşkilatları İlaxır çərşənbəni Bakıda keçirəcək Novruz şənliklərinə qatılacaq.

Xatırladaq ki, heyət 5 gündür ki, Azərbaycandadır. Onlar azad edilən ərazilərə - Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər ediblər.