Bugündən etibarən qlobal platformada yayımlanan “Drive to Survive” serialının 7-ci buraxılışında Azərbaycandan və onun zəngin mədəniyyətindən bəhs edilib. SİA xəbər verir ki, sözügedən bölümdə ilk dəfə olaraq Bakının füsunkar mənzərələri eyni zamanda 2024 "Formula 1" mövsümünün gərgin mübarizələri, Bakı Şəhər Halqasında yaşanan gərgin mübarizə, çempionluq uğrunda əzmkarlıq və komandalar arasındakı rəqabət nümayiş olunub. "Netflix" komandası çəkilişləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin texniki dəstəyi ilə həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə