Şirvan Şəhər Mədəniyyət Mərkəzində Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunan "Şeir mənim üçün bir kainatdır" adlı tədbir keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən verilən məlumat görə, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə şəhər icra hakimiyyəti, YAP Şirvan təşkilatının rəsmi şəxsləri, mədəniyyət işçiləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlarda görkəmli ictimai xadim, Dövlət mükafatları laureatı, Xalq şairi Nəbi Xəzrinin Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək, onun inkişafında özünəməxsus rol oynadığı bildirilib, söz ustasının dram əsərlərinin Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulduğu və müəllifinə şöhrət qazandırdığı vurğulanıb. Qeyd olunub ki, Nəbi Xəzri ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib, Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görüb.
Tədbirdə şairin şeirləri səsləndirilib, sözlərinə bəstələnən mahnılar ifa olunub, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Sonda Nəbi Xəzrinin ömür yolundan və yaradıcılığından bəhs edən videoçarx təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə