Milli teatrlar arasında əməkdaşlığa dair memorandum imzalanıb

Fevralın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında beynəlxalq əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, sənədi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov və Ş.Rustaveli adına Milli Teatrının direktoru Qivi Quntadze imzalayıblar.

İmzalanma mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, bu sənədin mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıblar.

Çıxışlarda qeyd olunub ki, bu Memorandum təkcə iki ölkənin müvafiq teatrları arasında deyil, bütövlükdə ölkələrimiz arasında mədəni sahədə əlaqələrin inkişafında mühüm rol oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə