“Üç Çizgi" jurnalı Türkiyədə yenidən işıq üzü görüb

Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən ilk dəfə 2017-ci ildə buraxılan və bir müddət fəaliyyəti dayandırılan "Üç Çizgi" jurnalı yanvar ayından etibarən yenilənmiş üzü və daha geniş şəkildə elektron formatda yenidən işıq üzü görüb.

SİA xəbər verir ki, Azərbaycan Diasporunun fəaliyyətinə dəstək məqsədilə, dərnəyin elmi heyəti tərəfindən hazırlanan jurnal ölkəmizi tanıtmağa xidmət edir. Azərbaycan Bayrağı və milli atributlarımızın əks olunduğu nəşr vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi, ədəbiyyatı, iqtisadiyyatı və bir sıra digər milli dəyərləri barədə oxuculara geniş məlumat verilir.

Jurnalın bu il buraxılan ilk sayında “Tarix və diplomatiyanın kəsişməsində Azərbaycan-Ermənistan münasibətləri”, “Azərbaycanlı ziyalılar və Ziya Göyalp”, “İki dahi: Mehmet Akif Ərsoy və Hüseyn Cavid”, “Azərbaycan mədəniyyətinin qlobal töhfələri”, “Azərbaycan mətbəxi: Xəngəl”, “Qərbi Azərbaycan. Ana yurda qayıdış vaxtı”, “Süni intellektin təhlükələri”, “Nanotexnologiya və sensorlar”, “Rəqəmsal çağda musiqi sənayesinin təkamülü” kimi bir çox mövzu geniş təhlil edilib.

Jurnalla bu linkdə tanış olmaq mümkündür: https://uccizgi.com/

Bütün xəbərlər Facebook səhifəmizdə