“Macarıstan Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi keçirilib
“Ambassador Cultural Club” mədəniyyət mərkəzi Macarıstanın Azərbaycandakı səfirliyi və “Arts Council Azerbaijan” tərəfindən təşkil olunan “Macarıstan Azərbaycan rəssamlarının gözü ilə” sərgisinin üçüncü mərhələsini təqdim edib. Layihənin müəllifi rəssam Dadaş Məmmədovdur.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, ekspozisiyada Aynurə Mustafayeva, Röya Həsənova, Elşən Rzazadə, Leyli Museyibova, Nailə Məhərrəmova, Məryəm Qibləyeva, Leyla Orucova, Nərgiz Quliyeva, Ruslan Rüstəmov, Sevinc Gəncəli, Təranə Əliyeva, Hüseyn Kəngərli, Sevda Rüstəmova, Nigar Əliyeva və Mələk Abbaszadə kimi Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.
Hər bir əsər rəssamın dünyaya baxışını, emosiyalarını və əsas ilham mənbəyinə çevrilmiş Macarıstanın zəngin mədəni irsinə olan fərdi yanaşmasını əks etdirir.
Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma bildirib ki, incəsənət sərhədləri aşaraq möhkəm sütünlu qarşılıqlı anlaşma körpüsü yaradan və xalqları birləşdirən universal dildir. Onun sözlərinə görə, bu cür təşəbbüslər nəinki zəngin mədəni irsi aşkar edir, hətta məhsuldar əməkdaşlığa yol açaraq Macarıstan və Azərbaycan arasında dost bağlarını möhkəmləndirir.
Lahiyənin müəllifi Dadaş Məmmədov əsas hədəf incəsənətin gücünü ölkələr arasında mədəni mübadilə və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi vasitəsi kimi göstərməkdir.
Qeyd olunub ki, bu sərgi “Arts Council Azerbaijan” və Macarıstan səfirliyinin uğurlu əməkdaşlığının nəticəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə