Kinorejissor Fikrət Əliyevin xatirə gecəsi keçirilib

Dekabrın 27-də Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə tanınmış kinorejissor Fikrət Əliyevin 85 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib.

SİA-nın məlumatına görə, film Fondundan bildirilib ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.

Xatirə gecəsində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev Fikrət Əliyevin yaradıcılığı haqqında məlumat verib, onun Azərbaycan kinosunda Abşeron mövzusuna xüsusi münasibətinin olduğunu vurğulayıb. Sonra Xalq artistləri Əbdül Mahmudov, Şamil Süleymanlı, Əməkdar artist Ruhəngiz Musəvi tanınmış rejissor haqqında xatirələrini bölüşüblər.

Tədbirin sonunda “Aranfilm” studiyasının kinorejissor Fikrət Əliyevə həsr etdiyi “Məni izləyən müəmma” filmi (rejissoru Babək Abbaszadə) nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə