Füsunkar Azərbaycan musiqisi bu gün Belçikadadır. Bu qədim musiqi unikaldir. Bu gün Azərbaycan muğamının Belçikada olması təsadüfi deyil. Belçikada barok musiqisi yenidən canlandırılıb. Bu gün Belçikada möhtəşəm muğamı dinlədik. Möhtəşəm, original konsert oldu və çox məmnunuq.
SİA-nın məlumatına görə, bu fikirləri müsahibəsində Azərbaycan musiqi alətlərinin Brüssel “Kral İncəsənət və Tarix Muzeyi”nə təqdim edilməsi mərasimində Belçikada "Baroque and More" musiqi təşkilatının bədii direktoru Lük Pone deyib.
O bildirib ki, hər bir belçikalı musiqisevər muğama heyran oldu.
Lük Pone barok və muğam musiqisi arasındakı uyğunluqdan söz açaraq, “Kral İncəsənət və Tarix Muzeyi”ndə Azərbaycan musiqisindən ibarət konsertin təşkilinin çox uğurlu olduğunu vurğulayıb.
“Müasir dövrdə belə solo ifa, bu cür musiqi nadirdir. Bu konsert bir daha göstərdi ki, barok musiqisi artıq yenidən canlanıb”, - deyə L.Pone bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə