Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. SİA xəbər verir ki, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında toplaşan Şuranın iclasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov, nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Seymur Hüseynov da iştirak ediblər.
İctimai Şura sədri, akademik Nizami Cəfərov ötən müddət ərzində həyata keçirilən tədbirlər, illik hesabatın hazırlanması və qarşıda duran digər cari məsələlər barədə məlumat verib.
İctimai Şuranın sədr müavinləri Əkbər Qoşalı və Vüqar Qədirov öz çıxışlarında indiyədək ictimai dinləmə keçirilməmiş bütün regionlarda ictimai dinləmələrin təşkil olunmasının önəmini vurğulayıb, habelə bir sıra həllivacib məsələlər haqqında fikir bildiriblər.
İclasda Şura üzvləri - Əməkdar incəsənət xadimi Ayaz Salayev, Xanoğlan Əhmədov, Samirə Mustafayeva çıxış edərək, Şuraya edilən müraciətlər, qaldırılan problemlər, təşəbbüs və təkliflər barədə danışıblar.
Nazir müavini Fərid Cəfərov iclasın sonunda çıxış edərək, çıxışlarda toxunulan məsələlərə, qaldırılan problemlərə və irəli sürülən təkliflərə münasibət bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə