“Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi” kitabının 3-cü cildi nəşr olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” kitabının 3-cü cildi çapdan çıxıb. SİA xəbər verir ki, kitabın elmi redaktorları professor Rafail Əhmədli, dosent Zeynəddin Şabanov, rəyçiləri isə professorlar Əlikram Tağıyev və Sakit Hüseynov, dosent Müstəqil Ağayevdir.

Yeni nəşrdə XX əsr Güney Azərbaycan türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış nümayəndələrinin dünyagörüşlərindən bəhs olunur. Müəllif bu cilddə Güney Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını milli-demokratik və siyasi-fəlsəfi ideyaların sintezi, milli maarifçilik və ictimai-fəlsəfi ideyalar, İslam fəlsəfəsi və islamçılıq istiqamətlərində təhlil edib.

Kitab Azərbaycan türk fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə