Azərbaycanla TÜRKSOY arasında əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTOLAR
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 11-də ölkəmizdə səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Sultan Raev ilə görüşüb. Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, görüşdə A.Kərimli Azərbaycan-TÜRKSOY əməkdaşlığının ildən-ilə inkişaf etdiyini, ölkəmizin bu qurumla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.
Söhbət zamanı təşkilatın cari ildəki fəaliyyətinə nəzər salınıb, həyata keçirilən çoxsaylı birgə uğurlu layihələrdən məmnunluq ifadə olunub.
Görüşdə 2025-ci ildə nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb. Gələn il II Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsinin əhəmiyyəti qeyd edilib. 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Şuşa şəhərində keçirilən ilk forum (13-14 oktyabr) qardaş xalqlar arasında mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından diqqətəlayiq layihə kimi dəyərləndirilib.
Bundan əlavə, kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə müştərək animasiya filmlərinin çəkilməsinin önəmi vurğulanıb.
Monqolustan Respublikasının TÜRKSOY-a müşahidəçi üzv kimi qəbul olunması məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
                         
                         
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB