“Dovşan imperiyası” filmi iki mükafata layiq görülüb

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) birgə istehsalı olan “Dovşan imperiyası” filmi Estoniyanın paytaxtı Tallində keçirilən Avropanın ən böyük film festivallarından biri olan "Tallinn Black Nights" film festivalı"ndan 2 mühüm mükafatla qayıdıb.

SİA xəbər verir ki, Seyfəddin Tokmakın rejissorluq etdiyi, TRT-nin ortaq istehsalı olan “Dovşan imperiyası” dünya premyerasının keçirildiyi 28-ci "Tallinn Black Nights" film festivalı"nın əsas müsabiqə bölməsində “Ən yaxşı ssenari” və “Ən yaxşı operator işi” mükafatlarını qazanıb.

Qeyd edək ki, “Dovşan imperiyası” 2019-cu ildə də “12 Punto" TRT Beynəlxalq Birgə İstehsal Mükafatlarının qaliblərindən biri olub.

Türkiyə, Meksika, Xorvatiya və Livanın ortaq istehsalı olan, böyüklər dünyasının ağır yükləri altında əzilən uşaqların azadlığı axtarışlarından bəhs edən film bacardığı qədər dovşanları toplamaq istəyən Musanın hekayəsindən bəhs edir.

Filmin aktyor heyətində Alpay Kaya, Sermet Yeşil, Kubilay Tunçer, Perla Palamutçuoğulları və Emrullah Çakay yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə