"Ayşe" Qahirədən mükafatla qayıtdı

Türkiyəli rejissor və prodüser Necmi Sancakın ilk bədii filmi "Ayşe" beynəlxalq premyerasının keçirildiyi 45-ci Qahirə Beynəlxalq Film Festivalında mükafat qazanıb.

SİA-nın məlumatına görə, Sancakın orijinal rejissorluq seçiminin vurğulandığı mərasimdə “Ayşe” filmi “Ən yaxşı bədii töhfə” mükafatına layiq görülüb.

Daun sindromlu qardaşı Rıdvanla birlikdə yaşayan və yanacaqdoldurma məntəqəsində çalışaraq dolanışığını təmin edən Ayşenin hekayəsindən bəhs edən filmdə Binnur Kaya, Rıdvan Sancak, Menderes Samancılar, Ali Seçkiner və Şehnaz Bölen Taftalı çəkilib.

2008-ci ildə Qahirə Film Festivalında Dərviş Zaim "Dokta" filmi ilə "Ən yaxşı rəqəmsal film" mükafatını qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə