Musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarının tədris proqramı yenilənib. SİA xəbər verir ki, yenilənmə müasir təhsil standartlarına uyğunlaşdırılaraq, şagirdlərin tədbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etməyi hədəfləyir.
Proqramlarda əsas yeniliklərdən biri Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılaraq, onların əsərlərinin öyrənilməsinə üstünlük verilməsidir.
Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha geniş və əhatəli şəkildə tədris ediləcək.
Qeyd edək ki, yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə