“Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün işlər görülür” - Cəsarət Valehov

“Dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi çərçivəsində mədəni yaradıcılıq sənayesi üzrə təqaüd proqramı həyata keçirilir. Mədəni yaradıcılıq sahəsi rəqəmsal inkişafın mühüm hissəsidir və bura 15 artıq sahə daxildir. Bu sahə dünyanın inkişaf etmiş ölkələrində ümum daxili məhsulda böyük əhəmiyyət kəsb edir”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında çıxışı zamanı Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov deyib.

O bildirib ki, musiqi və incəsənət məktəblərinə qəbul və müəllimlərin işə qəbul prosesi artıq tamamilə elektronlaşdırılıb: “Həmçinin musiqi və incəsənət məktəblərində müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün də xüsusi işlər görülür. Eyni zamanda bu il ilk dəfə olaraq Bakı Dövlət Universitetində “Mədəniyyət hüququ” üzrə magistr təhsili tədris olunmağa başlanılıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə