Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Killerdən teleqram” monotamaşasının premyerası reallaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tamaşa gənc yazıçı-dramaturq Pərviz Seyidlinin “Killer” pyesi əsasında səhnələşdirilib. Əsərdə Killer -Cəlil obrazını Əməkdar artist Şövqi Hüseynov canlandırıb.

Monotamaşanın quruluşçu rejissoru Zaur Əliyev, quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur. “Killerdən teleqram” uşaqlıq illəri çox acınacaqlı keçən, gənclik dövründə də bir çox mənəvi-psixoloji zərbələr alan insanın həyat hekayəsindən bəhs olunur. Əsərin yeganə qəhrəmanı qısa ömür yolunda həm özü, həm də cəmiyyətin yazılmamış qanunları ilə mübarizə aparsa da, onu qarabaqara izləyən ləkəli keçmişindən yaxa qurtara bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə