Şərqşünaslıq İnstitutunun nəşrləri X Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur - FOTO

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu X Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirak edir. İnstitutdan SİA-ya bildirilib ki, sərgidə AMEA üçün ayrılmış stenddə Şərqşünaslıq İnstitutunun son illərdə nəşr edilmiş 40-a yaxın kitab, məqalə toplusu və jurnalı nümayiş olunur.

“Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” (Azərbaycan, rus, ingilis, türk, ərəb, fars, Çin dillərində), “Bir daha vahid və bütöv Azərbaycan ərazisi haqqında”, “44 günlük Vətən müharibəsi İran mediasında”, “Qarabağ-Zəngəzur. 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə”, “Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında), “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)”, “Osmanlı sənədlərində Qarabağ”, “Qarabağ tarixin gedişində” kitabları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində hazırlanmış dəyərli əsərlərdir.

Bundan başqa, institutun sərgilənən nəşrləri sırasında akademik Gövhər Baxşəliyevanın “Unudulmaz Lider”, “Nizami Gəncəvinin etnik mənsubiyyəti” (ingilis və fars dillərində), Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi”, Səməd Bayramzadənin “Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)”, Mehdi Kazımovun “Ədəbi irsin görünməyən tərəfləri”, Namiq Məmmədovun “Müasir Türkiyənin neft problemi” kitablarını da xüsusi qeyd etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə