Azərbaycan İdman Akademiyasında Müəllimlər Günü qeyd edilib - FOTOLAR

Azərbaycan İdman Akademiyasında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektor Ülkər Babayeva müəllimlərin gənc nəslin formalaşmasında göstərdiyi xidmətlərin dəyərinin əvəzsiz olduğunu söyləyib.

Tədbir çərçivəsində müəllimlərin fəaliyyətini və akademiyanın inkişafında göstərdikləri töhfələri əks etdirən video nümayiş olunub. Eyni zamanda, bu il aprelin 22-dən sentyabrın 14-dək Azərbaycan İdman Akademiyasında Strateji İnkişaf Planı çərçivəsində professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilmiş “İdman təhsili: tədris və təlimə fərqli baxış” təkmilləşmə təlimlərini uğurla başa vuran müəllimlərə xüsusi sertifikatlar təqdim edilib.

Sonda Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək müəllimlərin akademiyanın uğurunun təməlində dayandığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə