Professor Sabir Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib - FOTOLAR

Azərbaycan Tibb Universitetində Əməkdar elm xadimi, professor Sabir Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. SİA xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli respublikamızın ictimai həyatında dərin iz qoymuş insanların yubileylərinin keçirilməsi ənənəsinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladaraq bu ənənələrin davam etdirildiyini vurğulayıb.

Yubilyarın Azərbaycan Tibb Universitetində 55 ildir çalışdığını deyən rektor onun patofiziologiya elmində bir çox nailiyyətlər əldə etdiyini, əsl pedaqoq olduğunu diqqətə çatdırıb.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxışında professor Sabir Əliyevin Azərbaycan Tibb Universitetində xidmətlərindən danışıb, onu tələbələrin dostu adlandırıb, eyni zamanda, məsuliyyətli və tələbkar pedaqoq olduğunu vurğulayıb.

Konfransda professor Sabir Əliyevin fəaliyyətinə həsr edilmiş “Ömrün müdrik fəsli” filmi nümayiş etdirilib. Sonda konsert proqramı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə