“Şuşa İslam dünyasının mədəniyyət paytaxtı” adlı kitab sərgisi açılıb - FOTOLAR

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxananın ekspozisiyasında “Şuşa İslam dünyasının mədəniyyət paytaxtı” adlı kitab sərgisi təşkil olunub. SİA xəbər verir ki, sərginin açılışında Şuşanın azad olunmasında fədakarlıq göstərmiş xüsusi təyinatlıların komandiri və Şuşaya Azərbaycan Bayrağını sancan polkovnik Rəşad Aslanov, 44 günlük Vətən müharibəsinin qəhrəmanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgidə Şuşanın tarixi, mədəniyyəti və incəsənətinə dair Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, həmçinin Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı görkəmli şəxslərinin biblioqrafiyaları və musiqi notları nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə