San-Fransiskoda ilk dəfə Türkiyə festivalı

Türkiyənin Los-Anceles Baş konsulu Sinan Kuzum bu festivalların Türkiyənin təbliği baxımından çox önəmli olduğunu bildirib ...

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində ilk dəfə Türkiyə festivalı keçirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə-Amerika Cəmiyyəti tərəfindən San-Fransiskodakı “Embarcadero Plaza” meydanında təşkil edilən türk festivalında yerli rəqslərlə yanaşı, tatar, uyğur və qazax rəqsləri də rəngarəng mənzərələr yaradıb.

Festival meydanında qurulan stendlərdə Türkiyəni tanıdan məhsullar, ebru sənəti və fotoşəkillər sərgilənib.

Türkiyənin Los-Anceles Baş konsulu Sinan Kuzum bu festivalların Türkiyənin təbliği baxımından çox önəmli olduğunu bildirib.

Festivalda türklərdən daha çox xarici iştirakçıların olduğunu vurğulayan Kuzum festivala marağın böyük olduğunu deyib: "Son dövrlər dünyadakı yeri, müdafiə etdiyi işlərlə ön plana çıxan Türkiyəyə marağın nə qədər artdığı görünür."

Bütün xəbərlər Facebook səhifəmizdə