"10-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək" - Şöbə müdiri

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli deyib.

O bildirib ki, sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək: “Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında 327 tədbir keçiriləcək. Bu statsitika Bakı Beynəlxalq Kitab Sərgisinin 15 illik tarixində ən yüksək göstəricidir”.

Qeyd edək ki, Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi müəyyən edilmiş indekslər üzrə (iştirakçı, ziyarətçi, keçirilən tədbirlər, yerli və xarici müəlliflər iştirakına və s.) regionun ən böyük kitab festivalıdır.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə