“Müqəddəs işğal” ən yaxşı sənədli film olub

Türkiyə Radyo Televiziya Qurumunun (TRT) hazırladığı “Müqəddəs işğal: Fələstin torpaqlarını zəbt etmək” sənədli filmi Bosniya Hersoqovinanın paytaxtı Sarayevoda keçirilən Balkan ölkələri Beynəlxalq Sənədli Film Festivalında “Ən yaxşı sənədli film və proqram” mükafatını qazanıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

TRT-nin beynəlxalq kanalı “TRT World” komandası tərəfindən sionist işğalçıların içinə daxil olaraq hazırlanan sənədli film Fələstindakı işğalın arxa pərdəsində nələrin baş verdiyini gözlər önünə sərir.

Beynəlxalq ictimaiyyətlə ilk dəfə paylaşılan görüntüləri və maraqlı müsahibələri ilə mühüm bir uğura imza atan sənədli film TRT-nin beynəlxalq təsir vizyonu və ictimai yayım məsuliyyəti ilə apardığı işlərin gücünü bir daha ortaya qoydu.

Bütün xəbərlər Facebook səhifəmizdə