“Vikipediya”da “Xarıbülbül” festivalı haqqında bölmə - FOTOLAR

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında “Vikipediya” elektron ensiklopediyasında “Xarıbülbül” beynəlxalq musiqi festivalı haqqında Türk dilində bölmə istifadəyə verilib. SİA-ya xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya könüllüləri tərəfindən yaradılan bölmədə ilk dəfə olaraq 1989-cu ildə təşkil olunan festivalın tarixi, adı, bu tədbirin məhz Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində keçirilməsi, digər maraqlı məlumatlar yer alıb.

Qeyd olunur ki, “Xarıbülbül” Beynəlxalq Festivalı 1989-cu ildə görkəmli azərbaycanlı xanəndə Seyid Şuşinskinin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunmağa başlamış, festival hər ilin may ayında Şuşada Xarıbülbül gülünün çiçəklənmə dövründə keçirilib.

“1992-ci ilin may ayında Qarabağ münaqişəsinin başlanması və Ermənistan tərəfindən Azərbaycanın Şuşa şəhərinin işğalı ilə əlaqədar festivalı təşkil etmək mümkün olmamış, yalnız Şuşa şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri ölkənin mədəniyyət paytaxtı elan edilib və sonra - 2021-ci il may 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı yenidən keçirilməyə başlanmışdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə