“Ənənəvi Qızıl Ovalı Paxlava Ustaları Yarışması” bu il ölkəmizdə keçiriləcək - FOTO
“BAKTAD-Paxlava və Şirniyyat İstehsalçıları Assosiasiyası paxlavanın ölkəmizin milli dəyəri kimi dünyada öz layiqli yerini tutması və sektorun problemlərinin həlli məqsədi ilə yaradılmışdır”. SİA xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında təşkilatın nümayəndəsi Mehmet Ali Taşdemir deyib.
Onun sözlərinə görə, paxlava və türk şirniyyatları sənayesinin aparıcı və tanınmış şirkətləri tərəfindən qurulan dərnəyimiz gündən-günə böyüyür və keyfiyyət standartlarını yüksəldərək sektorun problemlərini həll edir: “Paxlava Türkiyənin Qaziantepinə xas olan və hətta “Antep paxlavası” kimi patentləşdirilmiş və beynəlxalq miqyasda qeydiyyatdan keçmiş bir desertdir. Paxlava və Şirniyyat İstehsalçıları Dərnəyi olaraq milli desertimiz olan paxlava “Süfrələrin sultanı, sultanların şirini”dir. Biz mədəniyyətimizi qorumaq, inkişaf etdirmək və təbliğ etmək məqsədi ilə təşkil edilən “Ənənəvi Qızıl Ovalı Paxlava Ustaları Yarışması”nı bu il ölkəmizin hüdudlarından kənarda olan bir təşkilatla birbaşa təqdim etmək istəyirik.
“Bir millət, iki dövlət” sözünün ucaldığı qardaş ölkəmiz Azərbaycanda bunu reallaşdırmaq fikrimiz var. Sizdən mənəvi dəstəyinizi və iki ölkənin milli dəyərlərinin təbliği istiqamətində müqəddəs missiyamızda bizimlə olmağınızı xahiş edirik. Sizlərin dəstəyi və iştirakınızla gələcəyə mədəni irs olaraq qoyacağımız paxlava və ənənəvi desertlərimizi qorumaq, bütün dünyada tanıdılması üçün var gücümüzlə çalışmaqda davam edəcəyik.
İnsanların ortaq mədəniyyətinin bir araya gələcəyi festivalımızda Azərbaycanın milli paxlavası “Bakı paxlavası” ilə Türkiyənin milli paxlavası “Antep paxlavası” birlikdə təqdim olunacaq və ortaq mədəniyyətimiz lentə alınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə