"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin icra etdiyi ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsinin icrası yekunlaşıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, İctimai Birlikdən bildirilib ki, layihə çərçivəsində Şamaxı rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Tədbirdə ''Kəlağayı Ev Muzeyi''nin 200 qədimi kəlağayıları, əl işləri, qədimi tikmələr sərgilənib, kəlağayıdan bəhs edən şeirlər səsləndirilib, saz havaları üstündə mahnılar oxunub.
İctimai Birliyin sədri Güllü Eldar Tomarlı bildirib ki, layihənin məqsədi xalqımızın milli-mənəvi dəyərlər sistemində özünəməxsus yer tutan kəlağayının təbliğidir.
Layihə çərçivəsində analoji tədbirlər Gəncə, Qazax, Şəki və Bakıda da keçirilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB