Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi Qrant müqaviləsinə əsasən “Mil-Muğan mədəni irsi : İmişli rayonunun arxeoloji abidələri” adlı layihənin icra planına uyğun olaraq“Qayıdış” İctimai Birliyin eksperti Xaqani Əliyev abidələrin yerləşdiyi ərazilərdə olmuşdur. “Qızıltəpə”, “Muxortəpə”, “Qaratəpə”, “Yedditəpə”, “Qalaça yeri” və digər antik və orta əsr dövrlərinin maddi mədəniyyət inciləri olan arxeoloji abidələr haqqında olan elmi faktlar toplamış, aparılan arxeoloji qazıntılar nəticəsində tapılan və İmişli Rayon Muzeyində saxlanılan mədəniyyət nümunələri ilə tanış olmuşdur. Bu məlumatlar Azərbaycan və İngilis dillərində çap ediləcək rəngli, şəkilli kitabçada öz əksini tapacaqdır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İmişli Arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayevdən öyrəndik ki, “Qızıltəpə abidəsi müdafiə xarakterli və ciddi qorunan bir qala olmuşdur. Muxurtəpə isə İmişli rayonu ərazisində yerləşən ən böyük tarixi abidədir. Bu təpə ətrafı müşahidə etmək üçün əlverişli mövqeyə malikdir. Hər iki tarixi abidənin Teymurləngin Azərbaycana yürüşü zamanı hücuma məruz qaldığı ehtimal olunur.”
Abidələrin yerləşdiyi Qızılkənd kənd sakinləri ilə söhbətlər aparılmış, tarixi abidələr haqqında folklorumuzda əfsanələr haqqında olan matreallar toplanmışdır.
“Mil-Muğan mədəni irsi : İmişli rayonunun arxeoloji abidələri” layihəsinin sentyabr ayının sonunda yekunlaşması nəzərdə tutulmuşdur.
“Qayıdış” İctimai Birliyinin sədri Hasil Tağıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB