İtaliyada iki minillik sarkofaq və freska tapılıb

Arxeoloqlar İtaliyanın Neapol şəhərində 2000 il əvvələ aid sarkofaq və freska aşkarlayıblar. SİA xəbər verir ki, sarkofaqdan min illər boyu mükəmməl şəkildə qorunan mumiyalar çıxıb.

Mumiyaların yaxşı qorunduğu, eləcə də istifadə edilən üsul arxeoloqları heyrətə gətirib. Qalıqlar buraya basdırılmadan əvvəl cəsədlərə tətbiq olunan bitki əsaslı kremlərlə qorunub saxlanılıb. Cəsədlərdən biri kəfənə bükülmüş və qəbir əşyaları ilə əhatə olunmuş halda tapılıb. Mumiyaların fotoşəkillərinin gələcəkdə ictimaiyyətə nümayişi planlaşdırılır.

İtaliyanın Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən layihə çərçivəsində tapılan bir çox cəsədin şəxsiyyətini müəyyən etmək üçün mumiyalanmış insan qalıqları üzərində DNT analizi aparılır.

Tikilidə, həmçinin qədim yunan mifologiyasında yeraltı dünyasının qoruyucusu hesab edilən üçbaşlı it - Cerberus təsvir olunan freska tapılıb.

Arxeoloqlar əvvəllər də eyni ərazidə Roma İmperatorluğu dövrünə aid çoxlu məzarlıqlar aşkar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə