Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Hatayın Reyhanlı rayonunda Əski Alalah kimi tanınan Aççana Höyükdə aparılan işlər zamanı 3500 illik planşetin üzə çıxdığını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Ersoy sosial media hesabından verdiyi açıqlamada bildirib: “İlk oxunuşlara görə, eramızdan əvvəl 15-ci əsrə aid olan Akkad mixi lövhəsində böyük miqdarda mebel alışı qeydləri var. İnanırıq ki, çəkisi 28 qram olan bu planşet Son Tunc dövrünün iqtisadi strukturu və dövlət sistemini anlamaq üçün yeni perspektiv təklif edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin Arxeoloji Qazıntılar İdarəsinin qruplarını tarixi irsin tapılmasında fədakar fəaliyyətinə görə təbriklərimi çatdırıram.
Anadolunun zəngin irsini gələcək nəsillərə çatdırmaq üçün böyük səylə çalışdıq”.
Hatayın Reyhanlı rayonundakı Əski Alalah şəhəri qazıntıları çərçivəsində zəlzələdən sonra aparılan bərpa işləri zamanı tapılan lövhə Akad mixi yazısında öz dövrünü işıqlandırır.
Planşet Son Tunc dövrünün iqtisadi strukturunu və dövlət sistemini anlamaq üçün yeni perspektiv təklif edir.
Con Honkins (Johns Hopkins) universitetinin müəllimi, dosent Ceykob Lauinqer (Jacob Lauinger) və aspitrant Zeynep Türkerin üzərində çalışdıqları planşet ölçüsü 4,2x3,5, qalınlığı 1,6 santimetr və qramı isə 27,85-dir.
İlk sətirlərində külli miqdarda taxta stol və stulun sayı, kimin alması və ya kimə verilməsi kimi hesablar olan planşetin yazılar üzərində dilçi alimlər araşdırmalarını davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə