Kinoya yeni nəfəs gətirərək sənayenin əhəmiyyətli istinad nöqtəsinə çevrilən və TRT tərəfindən 6-cı dəfə təşkil edilən "TRT 12 Punto" mükafatlandırma mərasimi ilə sona çatdı. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
2024-cü ildə Fələstin kinosu ilə də önə çıxan layihənin İstanbulda keçirilən mükafatlandırma gecəsində Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun iştirak edib.
Mərasimə ev sahibliyi edən TRT-nin baş direktoru Mehmet Zahid Sobacı çıxışında TRT-nin kinoya qoyduğu sərmayələrlə beynəlxalq bir təmsilçilik gücünü meydana çıxardığını söyləyib: "Son 3 ildə birgə istehsal etdiyimiz 57 filmin milli və beynəlxalq festivallarda 274 mükafata layiq görülməsi dünya mədəni müxtəlifliyinə verdiyimiz töhfənin sübutudur. TRT-nin kino anlayışı qulaqardı edilən səssiz kütlənin səsi olmaqdır”.
Fəxrəddin Altun da TRT-nin Türkiyənin beynəlxalq arenada ən önəmli səslərindən biri olduğunu bildirib: “TRT-yə təşəkkür edirik. Fələstin üçün açılan xüsusi bölmə bir meydandır. İşğalçı İsraili tənqid etmə və Fələstini xatırlatma görüntülərinin işdən çıxarılma və həbsə düşmələrə səbəb olduğu bir dünyada Fələstin kinosu ilə bağlı xüsusi bir yerin yaradılması həqiqətən çox çətin bir işdir”.
Mükafatları F.Altun, M.Z.Sobacı və “TRT 12 Punto” beynəlxalq münsiflər heyəti təqdim edib.
“The Looping”, “Made in EU” və “Echo” adlı üç layihə “TRT İnternational Co-Production Award” mükafatına layiq görülüb.
Rejissor Stefan Komandarevin “Made in EU” layihəsinə mükafatı təqdim edən məşhur aktyor Qassan Massoud səhnədə deyib: “Türkcə, ərəbcə və bütün dünya lüğətlərində Fələstin bu gün və sabah əbədi fələstinlilərə məxsusdur”.
TRT və Sarayevo Film Festivalı ilə əməkdaşlıq çərçivəsində ilk dəfə keçən il verilən Sarayevo Film Festivalı Cinelink prodüser mükafatı bu il rejissor Mehmet Bahadır Erin “Toz baba təkkəsi” layihəsinə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə