“Qrantların verilməsi böyük kütlənin məsələyə marağını artıracaq” - Rəşad Əzizov
“Hazırda Azərbaycanda sosial-iqtisadi inkişaf strategiyasının icrası çərçivəsində mədəni-yaradıcı sənayelər sahəsində böyük işlər görülür. Bu işlər sırasında tədris, təhsil, yeni biznes subyektlərinin açılması, yeni infrastrukturun formalaşdırılması istiqamətində layihələr baş tutur”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov bildirib.
O bildirib ki, strategiyadan irəli gələrək dövlət qurumlarının qarşısına birbaşa hədəflər qoyulub: “Onların sırasında bu sahədə məşğulluğun hər il 5 faiz artırılması, biznes subyektlərinin sayının artırılması və bu hədəflərə çatmaq üçün layihələr birbaşa yeni mexanizmlərin formalaşmasına fokuslanmalıdır. Yeni innovasiyaların tətbiqi böyük əhəmiyyət kəsb edir.
Hazırda mədəni-yaradıcı sənayelər sahəsində ekosistemin gücləndirilməsi, bu sahədə yeni oyunçuların formalaşması əsas hədəflərdən biridir. Bu istiqamətdə qeyri-hökumət sektorunun da güclü olması zəruridir.
Qrantların verilməsi isə effektiv addım olduğu üçün bu il Mədəniyyət Nazirliyi yeni qrant müsabiqə elan edir. Biz istəyirik ki, yeni qeyri-hökumət təşkilatları formalaşsın, fəaliyyət göstərənlər və sözügedən problemlərə yaxından diqqət göstərsinlər. Nəticə etibarilə qrantların verilməsi böyük kütlənin məsələyə marağını artıracaq, yeni layihələrin formalaşmasına gətirib çıxaracaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB