"Pianoçu" aktyor yeni Amerika-Türkiyə film layihəsilə İstanbulda

2002-ci il istehsalı "Pianoçu" filmi ilə "Ən yaxşı kişi rolu" “Oskar”ını qazanan Edrien Brodi yeni layihəsi üçün Türkiyəyə gəlir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

51 yaşlı “Hollivud” kino ulduzu İstanbulda çəkiləcək Türkiyə-Amerika birgə istehsalı "Qızımın dostu" filmində rol alacaq.

Rejissoru Ocan Missaqi (Ojan Missaghi) olan “Qızımın dostu” filmində məşhur aktyor Edrien Brodi avstraliyalı aktrisa Nikki Uilanla oynayacaq.

Psixoloji triller filminin aktyor heyətinə Amerikadan Laneya Qreys, Şima Rayan və türkiyəli aktrisa Duyqu Mərcan da daxildir.

2025-ci ildə nümayişi planlaşdırılan film şöhrət və sərvət arzuları üçün hər şeyi riskə atan gənc model Lolanın hekayəsindən bəhs edir.

2024-cü ilin oktyabrında başlayacaq filmin çəkilişləri İstanbulun Qalata qülləsi, Yerəbatan sarnıcı, Topqapı sarayı və Qapalı çarşı kimi tarixi yerlərində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə