Türkiyəli balerina Beynəlxalq Balet Müsabiqəsində ikinci oldu

Türkiyəli balerina Nilay Tahiroğlu Cənubi Koreyadakı Beynəlxalq Balet Müsabiqəsində gümüş medal qazanıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, 20-23 iyun tarixlərində Cənubi Koreyanın Seul şəhərində XVII Koreya Beynəlxalq Balet Müsabiqəsi keçirilib. 500 balerinanın iştirak etdiyi yarışda Ankara Dövlət Opera və Balet Teatrının artisti Nilay Tahiroğlu ikinci olub və gümüş medala layiq görülüb.

Xatırladaq ki, Nilay 10-14 iyun tarixlərində keçirilən VI İstanbul Beynəlxalq Balet Müsabiqəsində "Yetkin qızlar" kateqoriyasında birinci, fevral ayında Rusiyanın paytaxtı Moskvada keçirilən Beynəlxalq Balet Yarışında böyüklər kateqoriyasında ikinci seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə