"Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu"nun rəhbərliyinə dəyişiklik

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC-yə yeni direktor əvəzi təyin edilib. SİA xəbər verir ki, bu, Səbuhi Bəşirovdur.

O, bundan əvvəl Dövlət Xidmətində çalışıb və institutun rəhbərliyində Cahid Qədirlini əvəz edib.

Xatırladaq ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə