A-Hub Akselerasiya Proqramının iştirakçıları üçün Şuşa şəhərində gəzinti - FOTOLAR
A-Hub Akselerasiya Proqramının iştirakçı və qalibləri üçün Şuşa şəhərində gəzinti təşkil olunub. SİA xəbər verir ki, qonaqlar Şuşadakı bərpa və tikinti-quruculuq prosesi, şəhərin tarixi əhəmiyyəti, eləcə də ermənilərin işğal dövründə şəhərə vurduğu ziyan barədə məlumatlandırılıblar.
Qeyd edək ki, dünən Şuşada A-Hub Akselerasiya Proqramının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Yarışın nəticəsinə əsasən, "Snack Pack" (Azərbaycan) komandası I, "ReSkill" (Tacikistan) komandası II, "Biopols" (Türkiyə) komandası III, "Caredify" (Tunis) komandası IV yerə layiq görülüb. Tədbir ICESCO, Azərbaycan Mədəniyyət Nazirliyi və “New Space Innovation” şirkəti tərəfindən təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB